12 kq çəkisi olan pişiyi görənlər heyrətlənib

12 kq çəkisi olan pişiyi görənlər heyrətlənib

Rusiyada yaşayan Yuliya Minina adlı qadına məxsus “Maine Coon” cinsindən olan "Kefir" adlı pişik ölçüsü ilə dünya mediasının mövzusu olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, çəkisi 12,5 kiloqrama çatan "Kefir"i görənlər onun it olduğunu düşünür. Bununla belə, nəhəng pişiyin daha da böyüməsi gözlənilir. Çünki “Maine Coon” pişiklərinin böyüməsi 3-4 il çəkir.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə