Baydenin Rusiya və Ukrayna ilə bağlı proqnozu AMERİKALILAR TƏRƏFİNDƏN ƏLƏ SALINIB

Co Bayden Rusiyanın Ukraynaya hücumu ilə bağlı "müxtəlifliklərinə" görə lağa qoyulub. SİA xəbər verir ki, ABŞ prezidentini Fox News-un izləyiciləri ələ salıblar.

Qeyd edək ki, bir gün əvvəl keçirilən mətbuat konfransında jurnalistlər ABŞ prezidentindən Ukrayna ətrafında hadisələrin gələcək inkişafını proqnozlaşdırmağı xahiş ediblər.

"Mənim ehtimalım odur ki, Rusiya prezidenti Vladimir Putin düşəcək. O, nəsə etməlidir", deyə Ağ Ev rəhbəri bildirib.

Bir çox istifadəçi Co Baydenin nəyisə proqnozlaşdırmaq vəziyyətində olmadığı ilə razılaşıb.

Uol Zelmak adlı biri yazır ki, Co üçün artıq yuxudan oyanmaq vaxtı çatıb.

"Onun proqnozlaşdıra biləcəyi yeganə şey nə vaxt yatmalı və oyanmalı olmasıdır!", deyə başqa bir izləyici yazır.

Şərhçilər, həmçinin, Amerika liderinin Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyanı nəticələri ilə hədələməsindən sonra onu qınayıblar.

“Yəni biz Rusiyanı divara sıxdıq, döydük və indi onun cavabına qarşı çıxmağa çalışırıq. Bunu dayandırın”, deyə Roy adlı şərhçi yazır.

"Bayden iddia edir ki, Putin "nəsə" etməlidir. Bu ona görədir ki, biz onu məcbur edirik", deyə Viqi Loko qeyd edib.

Xatırladaq ki, son zamanlar Qərb ölkələri mütəmadi olaraq Rusiyanı Ukraynaya işğala hazırlaşmaqda ittiham edirlər. Moskva dəfələrlə bu bəyanatları təkzib edib və qeyd edib ki, bütün bunlar Rusiya sərhədi yaxınlığında NATO qüvvələrinin qurulması üçün bəhanə kimi istifadə olunur. Kreml vurğulayıb ki, Rusiya qoşunlarını öz ərazisi daxilində və öz mülahizəsinə uyğun yeridir. Bundan əlavə, heç kəsi təhdid etmir və bu heç kəsi narahat etməməlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə