Dünyanın ən böyük səhrası olan Saharada qar yağıb. SİA xarici mətbuata istinadən bildirir ki, Sahara səhrasına çox nadir rast gəlinən qar yağışı yerli əhalini heyrətə salıb.
Yayda temperatur 58 dərəcəyə çatan Saxara səhrasına qar yağıb, temperatur sıfırdan aşağı düşüb.

Dünyanın ən böyük səhrası yağıntılardan sonra nazik qarla örtülmüşdür. Əlcəzairin şimal-qərbində, qarın nadir hallarda görüldüyü Ayn Sefrada qarlı fotolar sosial medianın da marağına səbəb olub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə