Yanğın nəticəsində ev yararsız hala düşüb

Türkiyədə birmərtəbəli evdə yanğın baş verib. Yanğın nəticəsində ev yararsız hala düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yanğın saat 23.00 radələrində meydana gəlib. Yanğının naməlum səbəbdən baş verdiyi bildirilib. Yanğın yerinə çoxlu sayda yanğınsöndürən göndərilib. Alov topuna çevrilən evə müdaxilə edən qruplar ətrafdakı evlərə keçmədən 1 saat ərzində söndürsələr də yanğın nəticəsində ev yararsız hala düşüb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...