ÜST "Omikron"la bağlı bəyanat verdi

“Omikron” bütün dünyada yoluxmaların sayının sürətlə artmasına səbəb olur. İlk dəfə Cənubi Afrikada görülən variantın əvvəlki versiyalardan daha yoluxucu, lakin daha az ölümcül olduğunu göstərən çoxlu araşdırmalar var. SİA xarici mətbuata istinadən xəbər verir ki, alimlərin “Omikron” üzərində araşdırmaları davam edərkən, Ümumdünya Səhiyyə Təşkilatından açıqlamalar gəlib. Fövqəladə komitə iclası keçirən ÜST beynəlxalq sağlamlıq qaydalarına dair tövsiyələrini yeniləyib.

Nəşr edilən tövsiyədə, beynəlxalq səyahət qadağalarının dəyər əlavə etmədiyi və ölkələrin iqtisadi və sosial stressinə töhfə verməyə davam etdiyi ifadə edilib. Beynəlxalq sağlamlıq qaydalarına dair tövsiyələrini yeniləyən BMT-nin səhiyyə agentliyi, ölkələrə qadağaları yüngülləşdirməyi tövsiyə edib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...