Məşhur aktyor xizək qəzasında həyatını itirib

Fransanın tanınmış aktyorlarından olan Ullielin ailəsi çərşənbə günü AFP xəbər agentliyinə bildirib ki, məşhur aktyor Qaspard Ulliel, Alp dağlarında qəza nəticəsində dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ulliel fransız moda nəhənginin həyatından bəhs edən “Dünyanın sonu” və “Sent Laurent” filmlərində rol alıb.

Aktyorun xizək sürərkən başqa bir şəxslə toqquşması nəticəsində ağır kəllə-beyin travması aldığı və təyyarə ilə Qrenobldakı xəstəxanaya aparıldığı bildirilib. Ulliel qəzadan bir gün sonra həyatını itirib. Bildirilib ki, qəzanı törədən digər şəxs xəstəxanaya aparılmayıb, məsələ üzrə araşdırma aparılır. Ullielin sevgilisi Qael Pietri və oğulları da xizək tətili zamanı məşhur aktyor ilə birlikdə olublar.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə