“Havana Sindromu” qlobal kampaniya hesab olunmur

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) “Havana sindromu”nu heç bir düşmən dövlətin düşünülmüş qlobal kampaniyası hesab etmir, lakin bəzi hallarda xarici müdaxiləni də istisna etmir. SİA xəbər verir ki, bu barədə NBC telekanalı məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Kanalın mənbələrinin bildirdiyinə görə, MKİ yüzlərlə işdə “Havana sindromu” adlanan hal üçün inandırıcı izahatlar tapıb. Agentlik 2016-cı ildən bəri təxminən iyirmi işdə xarici müdaxilə versiyalarını istisna edə bilməyib və digər bir qrup insident də açılmamış hesab olunur. Mənbələr əlavə edib ki, amerikalı diplomatların və casusların Rusiya və ya hər hansı digər dövlətlərin zərər vurmaq və ya məlumat əldə etmək hərəkətləri nəticəsində xəstəliklərə tutulması versiyası əsassız hesab edilib.

Bununla belə, kanalın qeyd etdiyi kimi, bəziləri, o cümlədən “Havana sindromundan əziyyət çəkənlər” qiymətləndirmədən məyus olduqlarını ifadə edərək, digər qurumlarla koordinasiya olunmadan onu “daxili” adlandırıblar.

Qeyd edək ki, “Havana sindromu”nun təzahürləri (başgicəllənmə, ürəkbulanma, baş ağrıları və eşitmə problemləri) 2016 və 2017-ci illərdə Kubada, eləcə də 2018-ci ildə Çində amerikalı diplomatlarda müşahidə olunub. Diplomatlar uzunmüddətli sağlamlıq təsirləri ilə nəticələnən səs effektlərinə məruz qalıblar. Bundan əlavə, ABŞ mətbuatı ABŞ prezidenti Co Baydenin səlahiyyət müddəti başlayandan bəri Vyanada amerikalı diplomatlar, kəşfiyyatçılar və digər dövlət qulluqçuları arasında “Havana sindromu”na bənzər 20-dən çox xəstəlik halının qeydə alındığını bildirib.

Xatırladaq ki, "Havana sindromu"na bənzər halsızlıq halları, medianın məlumatına görə, Afrika, Tacikistan və Moskvadakı Amerika nümayəndələri arasında da qeydə alınıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börnsün komandasının üzvü Hindistana səfəri zamanı səbəbi bilinməyən ən son xəstəliklərdən biri haqqında məlumat verib. Ümumilikdə, MKİ rəhbərinin sözlərinə görə, bütün insidentlərdə bir neçə yüz amerikalı diplomat, kəşfiyyatçı və hərbçi yaralanıb, CNN-in məlumatına görə, onlardan yüzə yaxını MKİ əməkdaşıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...