"Düşünürəm ki, Rusiya Ukraynaya daxil olacaq" - BAYDEN

ABŞ prezidenti Co Bayden 1-ci ilini başa vurması münasibətilə Ağ Evdə keçirdiyi mətbuat konfransında daxili və xarici siyasət mövzularını dəyərləndirib, jurnalistlərin suallarını cavablandırıb. Bayden bəyan edib ki, “Rusiya Ukraynanı işğal edərsə, bu, indiyədək heç vaxt qarşılaşmadığı qədər ağır iqtisadi nəticələrlə üzləşəcək. Ukraynanı işğal edib-etməmək Rusiyadan asılıdır. Lakin Ukraynaya kiçik bir müdaxilə olarsa, bunun nəticələri üzərində mübarizə aparmalıyıq. Onlar sərhədə yığdıqları qoşunların tutumu qədər böyük bir iş görsələr, Rusiya üçün fəlakətli olacaq”. SİA xarici mətbuata istinadən xəbər verir ki, artıq Ukraynaya 600 milyon dollar dəyərində hərbi sursat göndərdiklərini vurğulayan Bayden, “Ukraynaya girərsə, ruslar üçün can itkisi böyük olar” deyə xəbərdarlıq edib.

Ukraynanın işğalı halında bunun Rusiya üçün qısa, orta və uzunmüddətli perspektivdə ciddi nəticələri olacağını bildirən Bayden, “Rusiya bankları dollarla mübarizə apara bilməyəcək” deyib.

Rusiya prezidenti Vladimir Putinin tam müharibə istəmədiyini qeyd edən Bayden, “Rusiya Qərbi, ABŞ-ı və NATO-nu ciddi şəkildə sınaqdan keçirəcək. Məncə, Ukraynaya daxil olacaq” deyə fikrini bölüşdü.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...