Dünyanın ən bahalı evi satılmayıb - FOTO

İtaliyanın paytaxtı Romada satışa çıxarılan dünyanın ən bahalı evi alıcı tapa bilməyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 16-cı əsrdə tikilmiş və dəyəri 471 milyon avro olan "Villa Aurora" satışa çıxarılıb. Onlayn satışda villanın minimum açılış qiyməti 353 milyon avro müəyyən edilib. Lakin hələlik heç bir təklif gəlməyib. Villa aprelin 7-də açılış qiymətindən 20 faiz ucuzlaşaraq 282 milyon 600 min avroya yenidən satılacaq.

İtaliya mətbuatında yer alan xəbərə görə, evə iddialı olanlar arasında Bill Qeyts və Bruney Sultanı da var.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...