Livanın cənubundan İsrail istiqanıtində raket atılıb

Naməlum silahlılar Livanın cənubundan İsrail ərazisi istiqamətində ən azı bir raket atıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "El Nashra" portalı xəbər verib.

Məlumata əsasən, reaktiv atəş qurğusu Tira limanının cənubundakı Azziya rayonunda yerləşib.

Bildirilib ki, atılan raket hədəfə çatmadan dənizə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə