İrəvanda İran vətəndaşının asılmış meyiti aşkarlanıb

Ermənistanın paytaxtı İrəvanda İran vətəndaşının asılmış meyiti aşkarlanıb.

SİA xəbər verir ki, bu barədə “SHAMSHYAN-com” məlumat yayıb. Məlumata görə, 25 yaşlı İran vətəndaşı Ş.B-nin meyiti David Anaxt küçəsindəki 10 nömrəli binanın 7-ci korpusunda aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və məhkəmə-tibb ekspertizası təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə