Məktəb avtobusu atəşə tutulub... 15 yaşlı şagird ölüb

ABŞ-ın Pitsburq şəhərində naməlum silahlı şəxslər məktəb avtobusunu atəşə tutub.

SIA yerli polisə istinadən xəbər verir ki, hadisə nəticəsində 15 yaşlı şagird ölüb.

Avtobusda yalnız şagird və sürücü olub. Yeniyetmə avtobusa qalxarkən döş qəfəsindən güllə yarası alıb. O, xəstəxanada dünyasını dəyişib.

Polisin şübhəliləri axtardığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə