"Türkiyənin xeyriyyə qatarı Əfqanıstana gedəcək"

Paytaxt Ankarada Prezident Aparatında təşkil edilən Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verən Ərdoğan deyib...

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Əfqanıstana qida, geyim və tibbi məhsullardan ibarət 700 ton təcili yardım xeyriyyə qatarı göndərəcəyini bildirdi.

SİA xəbər verir ki, Paytaxt Ankarada Prezident Aparatında təşkil edilən Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verən Ərdoğan deyib: “Əfqanıstanda 13 milyonu uşaq olmaqla 19 milyona yaxın insanı təcili ərzaqla təmin etmək lazımdır.

Fəlakət və Fövqəladə Hallar Departamentinin (AFAD) koordinasiyası ilə 10 qeyri-hökumət təşkilatının (QHT) dəstəyi ilə bu ölkəyə 700 ton ərzaq, geyim, tibb və təcili yardım məhsulları daşıyan bir xeyriyyə qatarı göndərməyə hazırlaşırıq. QHT-lərimiz və vətəndaşlarımız tərəfindən təmnin edilən bu ləvazimatlar Əfqanıstana çatdırılacaq”.

Dünyanın, xüsusilə də Avropa və ABŞ-ın yeni növ koronavirusun (Covid-19) “Omicron” variantından əziyyət çəkdiyinə də toxunan prezident deyib: "Səhiyyə sistemimiz hər cür ehtiyacı qarşılamaq gücünə malikdir. TÜRKOVAC peyvəndimiz sayəsində indi özümüzə daha inamla baxırıq. İnşaallah, Türkiyə yaxın gələcəkdə bu sahədə əhəmiyyətli bir mərkəzə çevriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə