Bayden Rusiyanı indiyə qədər görünməmiş sanksiyalarla hədələyib

ABŞ Prezidenti Cozef Bayden hesab edir ki, Putin seçim qarşısındadır: deeskalasiya, diplomatiya, yaxud qarşıdurma və nəticələr.

SİA-nın əldə etdiyi məlumata görə, Ağ Ev rəhbəri qeyd edib ki, Ukrayna ətrafında vəziyyət çətinləşsə, Rusiya dollar əməliyyatları apara bilməyəcək. Bayden Ukrayna ətrafında eskalasiya olacağı təqdirdə Rusiyaya “fəlakət” vəd edib. “Əgər onlar Ukraynanı istila etməyə davam etsələr, bu, Rusiya üçün fəlakət olacaq”, – Bayden prezidentliyinin 1-ci ildönümünə həsr olunmuş mətbuat konfransında deyib. Ağ Ev rəhbərinin sözlərinə görə, onlar (ruslar) bunu etsələr, orta və uzunmüddətli perspektivdə bunun üçün böyük bədəl ödəməli olacaqlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə