ABŞ konqresmenlərindən Rusiya ilə bağlı çağırış

Yanvarın 19-da Ukraynaya səfər edən ABŞ Konqresin nümayəndə heyəti prezidenti Cozef Baydenlə görüşüb.

SİA Respublikaçı senatorların yaydığı açıqlamaya istinadən xəbər verir ki, görüş zamanı Cozef Baydenə Şərqi Avropada gərginliyin artması fonunda baş tutan səfərin nəticələri barədə məlumat verilib.

Bildirilib ki, nümayəndə heyəti hər iki partiyanın təmsilçilərindən ibarətdir və Ukrayna ətrafında yaranmış vəziyyətdə ABŞ isteblişmenti prinsipial olaraq vahid mövqedən çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə