Merkel həyat yoldaşının elmi işi ilə bağlı ABŞ-a köçə bilər

Almaniyanın keçmiş kansleri Angela Merkel həyat yoldaşı İoahim Zauerin elmi işi ilə əlaqədar ABŞ-a köçə bilər.

SİA xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyası Avropa İnstitutunun direktor müavini Vladislav Belov bildirib.

Direktor müavininin sözlərinə görə, bunu ona almaniyalı həmkarı deyib.

A.Merkel 20 ildən artıqdır kimya üzrə professor, doktor İohim Zauerlə ailə qurub. O, Humboldt adına Berlin Universitetində işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə