Makron Aİ-ni açıq dialoqa qayıtmağa çağırıb RUSİYA İLƏ

Fransa lideri qeyd edib ki, danışıqlar olmadan əlaqələr qurmaq son dərəcə çətindir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Aİ tərəfdaşlarının Rusiya ilə dialoqdan imtina etməsindən təəssüfləndiyini bildirib.

Makronun sözlərinə görə, o, hələ də Aİ ölkələrinin Rusiya ilə təhlükəsizlik məsələlərini müzakirə etməyə qayıdacaqlarına ümid edir.

"Rusiya ilə danışmamaq qərarına gəlsək, Rusiyaya qarşı suveren siyasət yürütmək çox çətindir. Danışıqlar üçün tam gündəliyimiz olmalıdır. Ona görə də mən kollektiv təhlükəsizlik və sabitlik sahəsində yeni nizamın qurulmasını təklif edirəm", deyə Makron bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Fransa prezidenti Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında dialoq cəhdlərini alqışladığını qeyd etmişdi.

Makronun sözlərinə görə, bu, hamını narahat edən “status-kvonu saxlamamaq” üçün zəruri tədbirdir. O xatırladıb ki, Fransa və Almaniya Minsk razılaşmaları üzrə Rusiya və Ukrayna arasında həmişə “dialoq ruhunda” danışıqlar aparıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə