Çəlləkdə 9 yaşlı uşağın cansız cəsədi tapıldı

Avstraliyanın Sidney şəhərində meşəlik ərazinin yaxınlığında çəlləyə qoyulmuş uşağın cansız cəsədi tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə ilə bağlı araşdırmaya başlayan polis, qətl şübhəlisinin Sidneydə bir mənzildə tutularaq nəzarətə alındığını açıqlayıb. Bildirilib ki, bu gün keçirilən məhkəmədə qətldə şübhəli bilinən 31 yaşlı şəxs qətllə bağlı heç bir açıqlama verilməyib və növbəti proses mart ayına keçirilib.

Komissarın müavini David Hudson, şübhəlinin tapılmasının çox çətin olduğunu və bütün GPS qeydlərinin diqqətlə izlənildiyini söyləyib. Hudson izah etdi ki, şübhəli şəxs bir tikinti mağazasından qum torbaları və qayıq yanacağı alıb, ancaq gəmini işə sala bilmədiyi üçün qaça bilməyib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə