Rusiyalı turistlər testdən keçirilir KORONAVİRUSA GÖRƏ

Misir hakimiyyəti yanvarın 22-dən etibarən Rusiya Federasiyasından olan bütün turistlərin ölkəyə gəlişindən sonra koronavirus testindən keçiriləcəyini bildirib.SİA xəbər verir ki, bu barədə “İnturist” turoperatorunun mətbuat xidməti məlumat yayıb.

Hazırda rusiyalı turistlər ya mənfi test cavabı ilə, ya da Sputnik V peyvəndi ilə Misirə səfər edə bilərlər.

"Yanvarın 18-də axşam saatlarında aviadaşıyıcımız Azur Air-dən xəbər bülleteni aldıq ki, yanvarın 22-dən bütün turistlər Misirə gəldikdən sonra sınaqdan keçiriləcək. Azur Air Misir Turizm Nazirliyinin sirkulyarına istinad edir", deyə məlumatda bildirilir.

Xatırladaq ki, 2020-ci il martın 11-də ÜST yeni koronavirusun yayılması ilə bağlı vəziyyəti pandemiya kimi tanıyıb. Dünyada 334 milyondan çox xəstəliyə yoluxma halı müəyyən edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...