Sülhməramlıların olduğu son 4 təyyarə RUSİYAYA QAYIDIB

KTMT qüvvələrinin və sülhməramlıların hərbçilərinin olduğu son 4 hərbi nəqliyyat təyyarəsi Qazaxıstandan Rusiyaya uçub. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya hərbi-nəqliyyat aviasiyasının göyərtəsində sülhməramlıların olduğu 4 təyyarə Qazaxıstan Respublikasının Nur-Sultan və Almatı hava limanlarından havaya qalxıb", deyə nazirliyin məlumatında qeyd olunur.

Qeyd olunduğu kimi, bu təyyarələrdə sülhməramlıların son bölmələri və general-polkovnik Andrey Serdyukovun rəhbərlik etdiyi sülhməramlı kontingentin komandanlığı Rusiyaya qayıdıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə