İtaliyanın paytaxtı Romada 16-cı əsrdə inşa edilən və italyan bir ailəyə məxsus “Villa Auora”, ölkədə “əsrin hərracı” adlandırılan hərracla satışa çıxarılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, onlayn hərracda “Villa Auora”nın minimum açılış qiyməti 353 milyon avro olaraq müəyyən edilib. Bununla belə, 471 milyon avro dəyərində və 353 milyon avro qiymətlə başlayan hərrac üçün indiyədək heç bir təklif verilmədiyi açıqlanıb. Aprelin 7-də villanın açılış qiymətinin 20% aşağı salınacağı və 282 milyon 600 min avroya satışa çıxarılacağı bildirilir. Bildirilir ki, “Villa Aurora”nın satışı tamamlanarsa, bu, dünyanın ən bahalı evlərindən biri olacaq.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB