ABŞ dövlət katibi Entoni Blinken planlaşdırılan səfər çərçivəsində Ukraynaya gəlib. SİA xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.
Agentliyin məlumatına görə, çərşənbə günü səhər göyərtəsində ABŞ dövlət katibinin olduğu təyyarə Kiyevə enib.
Xatırladaq ki, Ukraynaya səfəri zamanı Blinkenin Ukrayna prezidenti Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşü planlaşdırılır. Dövlət Departamentinin açıqlamasına görə, Amerika diplomatiyasının rəhbəri “ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini” bir daha təsdiq edəcək.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB