Çərşənbə günü gecə saatlarında fövqəladə vəziyyətin aradan qaldırılmasından və komendant saatının başa çatmasından sonra Alma-Ata küçələrində vəziyyət sakitdir, küçələrdə əlavə polis qüvvələrinin olması ölkədə antiterror tədbirlərinin davam etdirilməsi ilə izah edilir. SİA xəbər verir ki, bu barədə RİA Novosti müxbiri məlumat yayıb.
Qeyd olunur ki, yanvarın 5-də iğtişaşlar başlayandan sonra bütün Qazaxıstanda tətbiq edilən fövqəladə vəziyyət bu həftə çərşənbə günü gecə yarısı Alma-Ata, eləcə də Nur-Sultan, Alma-Ata, Atırau, Cambil, Qızılorda və Manqistau vilayətlərində başa çatıb. Bütün digər regionlarda Qazaxıstan prezidenti fövqəladə vəziyyəti vaxtından əvvəl ləğv edib.
Bu arada, şahidlərin bildirdiyinə görə, yerli vaxtla saat 11.30-da əlavə polis və silahlı qüvvələr akimin iqamətgahına toplaşır.
Təhlükəsizlik qüvvələri ilə iğtişaşçılar arasında qarşıdurmanın episentrinə çevrilən “Qazaxıstanın cənub paytaxtı”nın mərkəzi meydanında avtomobillərin hərəkəti açıqdır. Eyni zamanda meydanın özündə və onun perimetri boyu rəsmi polis maşınları park edilib, mərkəzdə yerləşən müstəqillik abidəsi isə metal hasarlarla əhatə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB