BMT-də iş təklifi edilib MERKELƏ

BMT-də iş təklifi edilib MERKELƏ

BMT-nin baş katibi Antonio Quterreş Almaniyanın keçmiş kansleri Angela Merkelə bütün bəşəriyyətin xeyrinə olan qlobal ictimai sərvətlər üzrə yüksək səviyyəli məsləhət orqanına sədrlik etmək təklifi edib. SİA xəbər verir ki, bu barədə “DPA” Agentliyi BMT mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Quterreş bu təklifi Merkelə məktubla göndərib, hələlik heç bir cavab verilməyib. Agentlik yazır ki, bununla belə, təşkilatın özü hesab edir ki, keçmiş kansler çətin ki, iş təklifini qəbul etsin.

Xatırladaq ki, qlobal ictimai sərvətlər dedikdə, xüsusilə qlobal sağlamlıq, elm, sülh, təbiətin mühafizəsi, dünya iqtisadiyyatı başa düşülür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə