Vulkan püskürməsi səbəbindən iki ada ilə əlaqə kəsilib

Vulkan püskürməsi səbəbindən iki ada ilə əlaqə kəsilib

Tonqa Krallığının sahillərində baş vermiş vulkan püskürməsi nəticəsində onun paytaxtı Nukualofanın küçələri kül və palçıqla örtülüb.

SİA-nın əldə etdiyi məlumata görə, Krallığın iki ada ilə – Mango və Fonoi adaları ilə əlaqəsi kəsilib.

Bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

Son məlumatlara görə, Tonqada baş verən təbii fəlakət 3 nəfərin həyatına son qoyub.

Regionun məşhur kurortlarının yerləşdiyi Tonqatapu adasının qərb sahilində infrastruktura ciddi ziyan dəydiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə