Meksika ilə ABŞ sərhəddində çayı keçən miqrant qız ölüb

Meksika ilə ABŞ sərhəddində Rio Qrande çayında venesuelalı olduğu güman edilən qızın cəsədi tapılıb.

SİA xəbər verir ki, miqrant üzərək ABŞ tərəfinə keçmək istəyərkən çayda boğularaq həyatını itirib.

Meksikanın miqrasiya institutu verdiyi açıqlamada qızın ölümündən təəssüfləndiyini bildirib.

İki ölkəni ayıran çayı keçmək istəyərkən boğulanlar arasında həm böyüklər, həm də uşaqlar var. Bu hadisələr fonunda, 2021-ci ildə Meksikaya keçmək istəyən Venesuelalıların sayı artıb. Bu səbəbdən Meksika hökuməti miqrasiyanı nəzarətə almaq üçün Venesueladan gələn qonaqlar üçün yeni viza tələbləri tətbiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə