Terrorçu-kamikadze 6 nəfərin həyatına son qoyub

Somalinin paytaxtı Moqadişoda terrorçu-kamikadzenin hücumu nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb.

SİA-nın məlumatına görə, bu barədə məlumatı yerli polis departamenti yayıb.

Qeyd olunur ki, belinə partlayıcı jilet geyinmiş kamikadze özünü hərbi təlim düşərgəsinin yaxınlığında yerləşən restoranda partladıb.

Yaralıların xəstəxanaya çatdırılması üçün xilasetmə işləri davam etdirilir. Partlayış nəticəsində restoranın damı uçub.

Terror aktında görə məsuliyyəti hələlik heç bir təşkilat öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...