Ukraynadakı gərginliyin həlli yolları müzakirə ediləcək

ABŞ Dövlət katibi Entoni Blinken Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.

SİA-nın xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda göstərilir ki, görüşdə məqsəd “Ukraynanın ABŞ tərəfindən dəstəklənməsi, Ukrayna ətrafındakı vəziyyətin diplomatik yolla nizamlanması üçün səylərin artırılması” olacaq.
Qeyd olunur ki, görüş Kulebanın təşəbbüsü ilə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə