Eston siyasətçilər Pekin Qış Olimpiya Oyunlarına yollanmayacaqlar

Nə Estoniya Prezidenti Alar Karis, nə də hökumət nümayəndələri fevralın 4-də start götürəcək Qış Olimpiya Oyunları ilə əlaqədar Pekinə yollanmayacaqlar.

SİA Estoniyanın “ERR” portalına istinadla xəbər verir ki, bu sözləri ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Kristina Ots söyləyib.

Bildirilib ki, Baş nazir Kaya Kallas Pekinə yollanmayacaq və hökumət üzvlərindən hər hansı birinin Olimpiadaya gedib-getməyəcəyi hələlik məlum deyil.

Mədəniyyət Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Meelis Kompus da nə mədəniyyət naziri Tiyt Terikin, nə də İdman Nazirliyinin vitse-kansleri Tarvi Pürnin Çinə səfər edəcəyini təsdiqləyib.

Xatırladaq ki, Pekin Qış Olimpiya Oyunları fevralın 4-də start götürəcək və iki həftə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə