Bu gün Rusiya vә İran prezidentlәrinin görüşü olacaq

Rusiya prezidenti Vladimir Putin sabah iranlı hәmkarı İbrahim Reisi ilә paytaxt Moskvada nüvә müqavilәsini müzakirә edәcәk.

SİA xəbər verir ki, Kremlin yaydığı mәlumata әsasәn, Vladimir Putin ilә İbrahim Reisi arasında baş tutacaq görüşdә ikitәrәfli münasibәtlәr, ticarәt vә iqtisadiyyat sahәlәrindәki birgә layihәlәrin hәyata keçirilmәsi mövzuları gündәmә gәlәcәk.

Liderlәrin hәmçinin aktual beynәlxalq vә regional mövzuları, hәmçinin İran nüvә müqavilәsini müzakirә edәcәyi bildirilib.

Avstriyanın paytaxtı Vyanada İran nüvә müqavilәsinin yenidәn hәyata keçirilmәsi üçün Әhatәli Birgә Fәaliyyәt Planı adı altında keçirilәn görüşlәr davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə