ABŞ Ukraynaya qoşun göndərməyi planlaşdırmır

ABŞ Ukraynaya əlavə qoşun göndərməyi planlaşdırmır. Bununla belə, Milli Qvardiyanın hərbçiləri orada qalaraq təlimatçı və məsləhətçi funksiyası yerinə yetirəcəklər.

SİA-nın xəbərinə görə, bunu Pentaqonun sözçüsü Con Kirbi bildirib.

“Hazırda əlavə qüvvələrin rotasiya qaydasında Ukraynaya göndərilməsi nəzərdə tutulmur. Floridada dislokasiya olunan Milli Qvardiya yerindədir. Lakin biz Ukraynaya özünümüdafiə üçün kömək vasitələri axtarmağa davam edəcəyik”, - deyə Pentaqon rəsmisi vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə