Antonio Quterreş qlobal iqtisadiyyata dair açıqlama verib

Qlobal iqtisadi canlanma dövründə hər 10 dollardan 8-i inkişaf etmiş ölkələrdə xərclənir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Dünya İqtisadi Forumu “2022 Davos Gündəliyi”nə videomüraciət ünvanyaşyan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş deyib. Tədarük zəncirindəki problemlər və yüksək inflyasiyanın iqtisadi canlanmanı yavaşlatdığını ifadə edən Baş Katib İnkişaf etmiş ölkələrdə yeni növ koronavirus (Covid-19) əliyhinə vaksinasiya nisbətinin Afrika ölkələrindən 7 dəfə yüksək olduğuna diqqət çəkib və əczaçılıq şirkətlərini peyvənd lisenziyalarını inkişaf etməkdə olan ölkələrlə paylaşmağa çağırıb. Qlobal iqtisadi canlanmanın kövrək və qeyri-sabit olduğunu, bərpa prosesində 10 dollardan 8-nin inkişaf etmiş ölkələrdə xərcləndiyini, aşağı gəlirli və inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın xeyli yavaşladığını, bu ölkələrin borclarının yenidən strukturlaşdırılmasının vacib olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə