Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri dünən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabiyə edilən hücumlara cavab olaraq Sanaya hava hücumlarına başladığını açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Səudiyyə Ərəbistanının "SPA" xəbər agentliyi koalisiya qüvvələrinin bəyanatında "Paytaxt Sananın şimalında terrorçu liderləri hədəfə aldıq. Təhdidlərə cavab olaraq həyata keçirilən əməliyyatlar Sənanı vurmağa davam etməyi zəruri edir" deyilib.
Koalisiyanın digər bəyanatında təhdid qaynaqlarının zərərsizləşdirilməsi üçün hərtərəfli və çəkindirici əməliyyatın aparılacağı vurğulanıb.
Açıqlamada əməliyyatların təhdidlərə cavab olaraq və hərbi zərurət səbəbindən həyata keçirildiyi bildirilib:
“Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində mülki şəxslərə qarşı düşmən hücumlarına görə məsuliyyət daşıyanlar cavab verəcək. Koalisiya hava qüvvələri Sana üzərində gecə-gündüz hava əməliyyatları aparır”.
Bəyanatda Sana əhalisi sağ qalmaq üçün Husi milislərinin olduğu icmalardan və hərbi düşərgələrdən uzaq durmağa çağırılıb.
Digər tərəfdən, Yəməndə İranın dəstəklədiyi husilər BƏƏ obyektlərini ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə aldıqlarını açıqlayaraq hadisələrə görə məsuliyyəti öz üzərinə götürüblər.
Husilərin “El-Mesira” kanalında yayımlanan açıqlamada “Yəmən qasırğası” adlandırılan əməliyyatın “Səudiyyə Ərəbistanı, ABŞ və BƏƏ-nin hücumlarının artmasına cavab olaraq” həyata keçirildiyi bildirilib.
Açıqlamada Dubay və Əbu Dabi hava limanları, Əbu Dabinin Musaffah bölgəsindəki neft emalı zavodu, BƏƏ-yə aid bəzi mühüm və həssas obyekt və ərazilərin 5 ballistik qanadlı raket və çoxlu sayda PUA ilə hədəf alındığı qeyd olunub.
Husilərin gələcəkdə daha mühüm bölgə və obyektləri əhatə edəcək şəkildə hədəf ərazilərini genişləndirəcəklərinə diqqət çəkilən bəyanatda BƏƏ-dəki xarici şirkətlər, vətəndaşlar və sakinlər “vacib ərazilərdən və obyektlərdən uzaq durmağa” çağırılıb.
BƏƏ-nin paytaxtı Əbu-Dabinin Musaffah bölgəsinə pilotsuz təyyarənin hücumu nəticəsində 3 yanacaq tankerində partlayış baş verib, hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
BƏƏ Xarici İşlər Nazirliyi hücumdan sonra verdiyi açıqlamada "Husi milislərinin BƏƏ ərazisini və mülki obyektləri hədəf alan hücumunu pisləyirik. Bu hücum cəzasız qalmayacaq. BƏƏ bu terror hücumlarına və gərginliyin artmasına cavab vermək hüququnu özündə saxlayır" ifadələrindən istifadə etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



