Qazaxıstanın bütün ərazisində fövqəladə vəziyyət rejimi ləğv edilib

Qazaxıstanda iğtişaşlar başlayarkən tətbiq edilmiş fövqəladə vəziyyət rejimi ölkənin bütün ərazisində ləğv edilib.

SİA-nın xəbərinə görə, yerli vaxtla 00.00-da (Bakı vaxtı ilə 22.00) ölkənin bütün regionlarında fövqəladə vəziyyət rejimi başa çatıb.

Qeyd edək ki, fövqəladə vəziyyət rejimi prezident Qasım-Jomart Tokayevin əmri ilə 5 yanvar tarixində tətbiq edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə