Avropa Parlamentinin yeni prezidenti seçilib

Avropa Parlamenti bu gün 458 səslə 2024-cü ilə qədər Avropa Parlamentinin sədri seçilən Roberta Metsolanın 3 namizəd arasından yeni sədr olduğunu açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, səsvermə uzaqdan və gizli aparılıb və Metsola birinci turda mütləq səs çoxluğu qazanıb.

Səsvermə başlamazdan əvvəl 4-cü namizəd olan Kosma Zlotovski namizədliyini geri götürüb. Yeni prezident Metsola parlamentə cari qanunvericilik müddətinin ikinci yarısında və 2024-cü il Avropa seçkilərinə qədər rəhbərlik edəcək.

Seçkilərin nəticələrinə görə, Roberta Metsola 458, Alice Bah Kuhnke 101, Sira Reqo isə 57 səs toplayıb. Ümumilikdə 690 səsdən istifadə edilib, onlardan 74-ü etibarsız hesab edilib. Bildirilib ki, parlament sədrliyinə namizədin seçkilərdə alacağı səslərin mütləq nisbəti 309-dur.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə