Sabah Moskvada Rusiya və İran prezidentlərinin görüşü olacaq

Yanvarın 19-da Moskvada Rusiya prezidenti Vladimir Putinlə İran prezident İbrahim Rəisi arasında görüş keçiriləcək.

SİA-nın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, görüş zamanı ikitərəfli əməkdaşlıq məsələlərinin geniş spektri, o cümlədən ticari-iqtisadi sahədə birgə layihələrin reallaşdırılması, eləcə də aktual beynəlxalq və regional məsələlər müzakirə olnacaq.

Eyni zamanda, liderlərin İranın nüvə sazişini müzakirə edəcəyi nəzərdə tutulur.

İran prezidentinin Moskvaya nazirlərdən ibarət geniş nümayəndə heyəti ilə səfər edəcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...