Vulkan püskürməsi nəticəsində yeni bir ada yaranıb

Sakit okeanda ada ölkəsi olan Tonqa sahillərində sualtı vulkan püskürməsi vulkanın orta hissəsini xəritədən silib. SİA xarici mətbuata istinadən bildirir ki, peyk görüntülərində sualtı vulkanik adanın ortası görünməz olub. Eni 4,7 kilometrə çatan kül və tüstü buludları 20 kilometr hündürlüyə çatıb. Min ildə bir dəfə baş verəcək təbii hadisə olaraq xarakterizə edilən vulkan püskürməsinin külü yeni bir adanın yaranmasına səbəb olub. 2 min 300 kilometr uzaqlıqda olan Yeni Zelandiya yardım təyyarələrinin havaya qaldırıldığını və 340 min dollarlıq yardım göndərildiyini açıqlayıb. 80 min insanın təsirləndiyi güman edilib. Vulkanın yaratdığı sunami Sakit okean sahillərinə təsir etməkdə davam edir. Yaponiyada 230 min insan təxliyə edilib. Peyk görüntüləri bəzi uzaq adaların tamamilə su altında qaldığını göstərib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə