Almatıda saxlanılanların sayı 2,7 min nəfəri ötür

Qazaxıstanın hüquq-mühafizə orqanları Almatıda antiterror əməliyyatı başlayandan bəri qanunsuz aksiyalarda, talanlarda və digər cinayətlərdə iştirak etdiklərinə görə 2 748 nəfəri saxlayıblar.

SİA-nın məlumatına görə, bu barədə şəhər komendaturasının mətbuat xidmətindən bildiriblər.

"Ümumilikdə antiterror əməliyyatı başlayandan indiyədək qanunsuz aksiyalarda, talanlarda və digər cinayətlərdə iştirak edən 2748 nəfər saxlanılıb. Ümumilikdə 131 odlu silah və 4179 döyüş sursatı müsadirə edilib", - deyə mətbuat xidmətindən qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə