İspaniya ən çox bitkoin bankomatlarına sahib Avropa ölkəsidir

İspaniya Avropada kriptovalyuta bankomatlarının sayına görə artıq liderdir.

SİA xəbər verir ki, ölkənin bitkoinlərlə ödəmə platformasından biri sayılan “Bitnovo” şirkəti ilə Avropanın elektron komponentləri tədarükçüsü olan “Eurocoin” arasında 2022-ci ildə ölkədə 100 ədəd kriptovalyuta bankomatının quraşdırılması barədə tərəfdaşlıq sazişinin imzalanması bundan sonra İspaniyanı rəqabətsiz liderə çevirəcək.

Kriptovalyuta bankomatları hər bir istifadəçi üçün bitkoinlərə və əsas kriptovalyutalara əlçatanlığı təmin edir.

Bütövlükdə, “CoinATMRadar” tərəfindən təqdim edilən göstəricilərə əsasən, dünyada 34 min 659 kriptovalyuta bankomatı hesablanıb. Bunların böyük əksəriyyəti (30 min 806) ABŞ-da quraşdırılıb. 2 min 261 bitkoin bankomatına sahib olan Kanada ikinci yeri tutur.

Hökumət bütün ölkə ərazisində 200 bankomat quraşdırdıqdan sonra Salvador üçüncü yerdədir. Bu ölkədə bitkoin qanuni ödəniş vasitəsi qismində qəbul edilib.

Hazırda dördüncü yerdə olan İspaniyanın ilin sonunadək Salvadoru geridə qoyacağı gözlənilir.

İspaniyada təqribən 170 terminal var, lakin daha çox bu terminalların yayılma sürəti təəccüb yaradır. 2021-ci ildə İspaniyada hər beş gündən bir bankomat quraşdırılıb. İndiyədək “BitBase” daha çox sayda bankomata sahib idi, lakin bu saziş sayəsində “Bitnovo” və “Eurocoin” biznesin yeni liderlərinə çevriləcək.

İspaniya kriptovalyuta istifadə edən və bu valyutaya sahib olan ikinci Avropa ölkəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə