"Ankara ilə daha substantiv danışıqlar olacaq"

İrəvan Ankara ilə münasibətləri normallaşdırmaq üçün substantiv danışıqlar gözlədiyini açıqlayıb
"Ankara ilə daha substantiv danışıqlar olacaq"

“İrəvan Türkiyə ilə ikitərəfli münasibətlərin normallaşdırılması imkanlarına dair daha məzmunlu müzakirələr gözləyir”.

SİA-nın məlumatına görə, bunu Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan “Azadlıq” radiosuna müsahibəsində deyib.

Rubinyanın sözlərinə görə, İrəvan gözləyir ki, növbəti görüşdə Ankara ilə daha substantiv danışıqlar olacaq: “Əgər gündəm kifayət qədər ciddi və substantiv olarsa, o zaman müxtəlif görüşlər və ya onların keçirilməsi formatları haqqında düşünə bilərik. Amma mən bu mövzu haqqında danışmağı tez hesab edirəm”.

O, əlavə edib ki, əsl problem, ilk növbədə, sərhədlərin açılmasıdır: “İkincisi, diplomatik münasibətlərin qurulmasıdır. Biz mümkün olan hər şeyi edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə