Yəməndə yaşayış binaları bombalanıb, ölənlər var

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Yəmənin paytaxtı Səna şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı 9 nəfər həlak olub.

SİA xəbər verir ki, bu barədə “Əl-Məsirə” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, şəhərin qərbində yerləşən Əl-Libi yaşayış məhəlləsinə havadan hücum edilib. Ölənlər arasında qadınlar da var.Beş yaşayış binası tamamilə dağılıb, qonşuluqdakı onlarla binaya ziyan dəyib.

İnsanlar dağıntılar altında qalıb. Yenidən başlayan hava hücumları təcili tibbi yardım maşınlarının zərər çəkmiş əraziyə çatmasına mane olub və hadisə yerində olan xilasetmə qrupları axtarış işlərini dayandırmaq məcburiyyətində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə