Britaniyalı nazir rusiyalı həmkarını Londona səfərə dəvət edib

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles rusiyalı həmkarı Sergey Şoyqunu Londona səfərə dəvət edib.

SİA-nın məlumatına görə, bu barədə nazir parlamentdə çıxış edərkən deyib.

“Mən rusiyalı həmkarım Sergey Şoyqunu yaxın bir neçə həftə ərzində Londona səfərə dəvət etdim. Biz ümumi təhlükəsizlik problemləri ilə bağlı məsələləri müzakirə etməyə hazırıq”, - deyə Uolles vurğulayıb.

O bildirib ki, Rusiya-NATO Şurası alyansın Avro-Atlantik təhlükəsizliyin maraqları naminə geniş spektrli məsələlər üzrə Rusiya Federasiyası ilə dialoqa hazır olduğunu göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə