Nigeriyada silahlı qarşıdurma, çox sayda adam ölüb

Nigeriyanın Kebbi əyalətində silahlıların hücumu nəticəsində 50 nəfər həlak olub.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, hadisə Kebbi vilayətinin Dankade kəndində bir qrup motosikletli silahlı şəxs tərəfindən törədilib.

Bildirilir ki, silahlılar əsgərlər və polislə toqquşub. Qarşıdurma nəticəsində ikisi əsgər olmaqla 50 nəfər həyatını itirib. Çox sayda insanın yaralandığı hücumda onlarla ev uçub, çoxlu mal-qara tələf olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...