“Avropada genişmiqyaslı silahlı münaqişə başlaya bilər”

"NATO-nun dəqiq məqsədləri olmadığı üçün Avropa qitəsində genişmiqyaslı silahlı münaqişə başlaya bilər”.

SİA xəbər verir ki, bu barədə Amerika Katolik Universitetinin tarix professoru Maykl Kimmeyc “Foreign Affairs” nəşri üçün yazdığı məqalədə bildirib.

“Bu gün Alyans 30 ölkəni birləşdirən, Şimali Amerikadan Qərbi Avropaya, Baltikyanı ölkələrə və Türkiyəyə qədər uzanan boş bədheybət halına gəlib. Bundan əlavə, NATO hücum və müdafiə arasında getdikcə daha çox tərəddüd edir və Serbiya, Əfqanıstan və Liviyada hərbi əməliyyatlarda iştirak edir. Nəhəng əhatə dairəsi və hədəflərin qeyri-şəffaflığı NATO-nu genişmiqyaslı Avropa müharibəsinə sürükləmək riski daşıyır”,-deyə müəllif qeyd edib.

Onun sözlərinə görə, 20-ci əsrin ortalarında qitənin qərb hissəsi üçün yaradılmış struktur Soyuq Müharibə başa çatdıqdan sonra şərq hissəsi üçün mənasız oldu. Onun fikrincə, əvvəlcə Dəmir Pərdə, coğrafiya və siyasətlə məhdudlaşan Alyans indi bölgədə yöndəmsiz və təsadüfi şəkildə yayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...

Digər layihələrimiz


Tərəfdaşlarımız


VTB