Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev yanvarın 2-də Alma-Ata yaxınlığında yerləşən doğma Şamalqan kəndini ziyarət edib, ertəsi gün də orada olub, sonra zirehli avtomobildə Qırğızıstana gedib, oradan isə Birləşmiş Ərəb Əmirliklərinə uçub.
SİA xəbər verir ki, bu barədə Nazarbayevin həmkəndlilərinə istinadən “Moskovskiy komsomolets” nəşri məlumat verib.
Xüsusi müxbirlərin materialında qeyd edilir ki, yerli taksi sürücüləri kəndə səfər etməyə qorxurlar, çünki kəndi hər tərəfdən güc strukturlarının döyüşçüləri mühafizə edir və xəbərdarlıq ermədən atəş aça bilərlər.
“Orada Nazarbayevin qohumları yaşayır, onların evləri xüsusi nəzarətdədir. Yaxınlaşmaq və şəkil çəkdirmək olmaz”, – məlumatlı şəxslər jurnalistləri xəbərdar edib.
Kənddə qəbiristanlıqda gözətçi işləyən kişidən jurnalistlər soruşub: “Siz necə anladınız ki, Nazarbayev yanvarın 2-si və 3-də burada olub?”.
“Kənddə belə şeyləri gizlətmək mümkün deyil. Biz bunu səfər zamanı buraya ciddi müşayiət altında gələn maşınlardan anladıq. Məni əvvəlcədən xəbərdar etdilər ki, qəbiristanlığa gələcək. Biz hazırlıqlarımızı gördük və onu gözlədik. Lakin, görünür, onun işləri çox olduğundan gəlib çıxmadı. Məsələ burasındadır ki, bizdə nahardan sonra məzarları ziyarət etmirlər. Demək, çatdıra bilməyib…Onunla hər şey qaydasındadır.Əgər burada onun məzarını axtarmaq fikrindəsinizsə, cəhd etməyin. Heç bir gizli dəfn mərasimi keçirilməyib. Heç bizdə kimsəni gizli dəfn etmək mümkün də deyil. Onun ailəsindən sonuncu dəfn olunan doğma qardaşı Bolatın arvadı olub. O da kənddə yaşayırdı. Nədən vəfat etdiyini dəqiq bilmirəm. Ola bilər ki, koronavirisdan ölüb. Bizdə pandemiyadan kənddə təkcə o, deyil, çox adam ölüb”, – kişi belə deyib.
Onun özü Qazaxıstanın ilk prezidentini görməyib, lakin Nazarbayevin son gəlişini görən həmkəndlilərinin dediklərini çatdırıb.
Həmsöhbətin sözlərinə görə, Nazarbayevi adəti üzrə kortej və mühafizəsi müşayiət edib. Gözətçi hesab edir ki, Elbaşı qardaşı və bacısını ziyarətə gəlib: “Burada qəsəbədə onun doğma qardaşı və bacısı (Anipa Nazarbayeva) yaşayır, görünür, onlara qonaq gəlib. Alma-Ata gözəl şəhərdir, amma orada tıxaclar və basırıq olur. Onlar sadə insanlardır, burada özlərini rahat hiss edirlər”.
Jurnalistlərin növbəti həmsöhbəti “Şamalqanda inzibati vəzifə tutan” bir nəfər olub.
“Nazarbayev buraya Yeni ildən sonra qardaşını ziyarətə gəlmişdi, o, bu yaxınlarda Almaniyada cərrahi əməliyyat keçirib, sonra onu İsrailə köçürüblər. Daha sonra o, Şamalqana dönüb. Nursultan o günlər ailəsi ilə birgə ağsaqqallarla görüşüb, müşavirə keçirib. Bildiyimə görə, sonra Nazarbayev və bəzi ailə üzvləri zirehli maşında Qırğızıstan sərhədinə doğru gedib. Orada onu qarşılayıb, hava limanına aparıb, oradan da hamısı Birləşmiş Ərəb Əmirliklərinə uçublar”, – o, deyib.
“Hesab edin ki, Qırğızıstanın prezidenti onu xilas edib. 2010-cu ildə Nazarbayev “aprel inqilabı”ndan sonra Qırğızıstanın rəhbəri Bakiyevi ölkədən çıxarılmasına yardım etmişdi. Bu barədə o, özü danışırdı”, – jurnalistlərin həmsöhbəti əlavə edib.
Daha bir yerli sakin danışıb ki, nədənsə poliklinika kimi təqdim edilən yerli mədəniyyət klubunda erirazlar zamanı yaşayış məntəqəsinin mühafizəsinə cavabdeh olan qərargah yerləşib.
“Etirazçılar hələ kəndə gəlib çıxmadan nəyə görə mühafizə lazım idi, bəlli deyil”, – məqalədə belə deyilir.
Qazaxıstanın ilk prezidentinin harada olması, sağ olub-olmaması ən aktual məsələlərdən biri olaraq qalmaqdadır.
Qazaxıstan parlamentinin deputatı Azat Peruaşev “Danışır Moskva” radiostansiyası müxbirinin Vladimir Jirinovski və Yevgeni Satanovskinin Nursultan Nazarbayevin mümkün ölümü barədə bəyanatlarını şərh edərkən sualdan yayınaraq cavab verib: “Bu barədə məndə məlumat yoxdur. Mən Sizi əmin edə bilərəm ki, xalqımız bu gün üzləşdiyi problemin öhdəsindən gələcək”.
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev çoxdan ölüb və dəfn edilib, – bunu “Komsolmolskaya pravda” radiostansiyasının efirində Rusiya Liberal-Demokrat Partiyasının lideri, əslən Alma-Atadan olan Vadimir Jirinovski deyib.
“Düşünürəm ki, o, çoxdan ölüb. Çoxdan ölüb və dəfn edilib. Müsəlmanlar ölünü həmin gün dəfn edirlər. Belə sakitcə gizlənib, heç nə danışmayasan və sağ olasan? Bu, istisnadır. Üstəlik, dövlət təhlükəsizlik komitəsinin sədri dərhal həbs edilib”, – Jirinovski bəyan edib.
O, qeyd edib ki, Şərqdə bu, adi haldır. Jirinovski izah edib ki, Qazaxıstanda etiraz aksiyaları zamanı Nazarbayevin əleyhinə səsləndirilən şüarları nəzərə alsaq, onu aradan götürə bilərdilər.
Xəbər verildiyi kimi, artıq Qaxaxıstanda Nazarbayev klanını hakimiyyət və biznes strukturlarından kənarlaşdırmağa başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



