Xüsusi nümayəndə İranın xarici işlər naziri ilə görüşüb

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir O. Pedersen İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb.

SİA xəbər verir ki, İran Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, paytaxt Tehranda olan Pedersen və Abdullahiyan Suriyadakı hadisələri müzakirə ediblər.

Görüşdə “Amerika Birləşmiş Ştatlarının Suriyadakı mövcudluğunun və İsrailin həyata keçirdiyi hava hücumlarının siyasi həll prosesinə zərər verdiyini” ifadə edən Abdullahiyan beynəlxalq ictimaiyyətin bu məsələyə diqqət yetirməsinin vacibliyini dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə