ABŞ-da qar fırtınası fəsadlar törəib

Belə ki, ölkənin 118 mindən çox insanı işıqsız qalıb, 1,5 min təyyarə reysi ləğv edilib

ABŞ-ın cənub-şərqində qar fırtınası 118 mindən çox sakini işıqsız qoyub.

SİA xəbər verir ki, bu barədə poweroutage.us portalında məlumat verilib.

Bildirilib ki, əsasən Şimali Karolina, Qərbi Virciniya, Corciya, Massaçusets və Cənubi Karolina ştatlarında elektrik enerjisinin verilişi kəsilib.

Meteoroloqların məlumatına görə, qar və buzlaqlarla müşayiət olunan qar fırtınası şimala doğru hərəkət edərək tədricən gücünü itirəcək.

Nyu-York və Bostonda 22 m/s-ə çatan kəskin külək gözlənilir.

Havanın sərt keçməsi ölkədə hava nəqliyyatına da təsir göstərib. Bazar ertəsi 1,5 mindən çox reys ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...