Qaytardığımız 6 erməni hərbçisini ermənilər həbs edib

Azərbaycan tərəfindən Ermənistana qaytarılan 6 hərbçi barəsində cinayət işi başlanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə erməni KİV-ləri Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə istinadən xəbər verirlər.

Məlumata əsasən, hərbçilərdən üçü zabitdir və onlar həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə