Pakistan əcnəbilərə daimi yaşamaq üçün icazə verəcək

Pakistanın İnformasiya və Yayım naziri Çaudri Favad Hüseyn bu barədə məlumat yayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bildirib ki, xarici sərmayələri cəlb etmək və iqtisadiyyatı inkişaf etdirmək üçün müəyyən məbləğdə sərmayə qoyan əcnəbilərə daimi yaşamaq üçün icazəsi veriləcək.

Yerli Kiv-in məlumatına görə, nazir bu addımın Pakistanın geoiqtisadi siyasəti çərçivəsində atıldığını, Əfqanıstan Talibanın nəzarətinə keçdikdən sonra Türkiyə, Malayziya və digər ölkələrə gedən zəngin əfqanları cəlb etməyə çalışdıqlarını bildirib.

Xarici sərmayələri cəlb etmək və iqtisadiyyatı inkişaf etdirmək üçün ölkəyə müəyyən məbləğdə sərmayə qoyan müxtəlif ölkə vətəndaşlarına daimi yaşamaq icazəsi veriləcəyini ifadə edən Hüseyn, hədəfləri arasında Kanadada yaşayan və Pakistandakı din müəssəsələri sahəsində sərmayə qoymaq istəyən siqhlər ilə çinlilərin olduğunu vurğulayıb.

Qeyri rəsmi məlumatlara görə ölkədə 100-300 min dollar sərmayə qoyan əcnəbilərə daimi yaşamaq icazəsi veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə