NATO hərbi gəmisi Baltik dənizinə daxil olub

Hollandiyanın HNLMS Rotterdam hərbi gəmisi regiondakı vəziyyəti izləmək üçün Baltik dənizinə daxil olub. SİA xəbər verir ki, bu barədə Estoniyanın ERR yayım portalı bazar ertəsi NATO mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Gəmi regiondakı vəziyyəti izləmək üçün İsveç sahillərində Baltik dənizindədir. Biz bütövlükdə alyansla mövcudluğumuzu və həmrəyliyimizi nümayiş etdirmək üçün səy göstəririk", deyə məlumatda bildirilir.

Alyansın fikrincə, bu, planlaşdırılmış işdir və HNLMS Rotterdam helikopter əməliyyatları üçün nəzərdə tutulmuşdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə